Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub. Pravda.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən "Quba-1" xəttində enerji təminatı dayandırılıb.
Hazırda polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar.
35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.
Tarix: 1 Dekabr 2025, 18:25