AZ

Azərbaycanda tragikomik HADİSƏ – 35 yaşlı kişi elektrik dirəyinə çıxdığı üçün iki rayon İŞIQSIZ qaldı - ÖZƏL

Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi təxminən 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən "Quba-1" xəttində enerji təminatı dayandırılıb.

Hazırda polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar. 

35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
18
8
bizim.media

9Mənbələr