EN

Azərbaycanda qəribə HADİSƏ: 35 yaşlı kişi elektrik dirəyinə çıxdı, iki rayon İŞIQSIZ qaldı

Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub.

Far.Az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən "Quba-1" xəttində enerji təminatı dayandırılıb.

Hazırda polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar.

35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.

Chosen
25
8
far.az

9Sources