EN

Azərbaycanda 35 yaşlı kişi iki rayonu işıqsız qoydu

Quba və Qusar rayonlarının yarısı işıqsız qalıb. Bunun səbəbi 35 yaşlı kişinin 35 kilovoltluq elektrik dirəyinə çıxması olub.

Bakıvaxtı.az Bizim.media-ya istinadən xəbər verir ki, hadisə nəticəsində Qubadan Qusara enerji verən "Quba-1" xəttində enerji təminatı dayandırılıb.

Polis və digər aidiyyəti qurumlar şəxslə danışıq apararaq onu yerə düşürməyə çalışırlar.

35 yaşlı kişinin elektrik dirəyinə çıxma səbəbi hələlik məlum deyil.

Chosen
29
8
bakivaxti.az

9Sources