EN

İndoneziyada daşqınlar və sürüşmələrdə ölənlərin sayı 630-u ötüb

1 milyon sakin evlərini tərk etməyə məcbur qalıb...

Poliqon xəbər verir ki, İndoneziyada bir həftədən çoxdur davam edən güclü yağışların törətdiyi daşqınlar və torpaq sürüşmələri ölkənin bir neçə bölgəsində kütləvi dağıntılara səbəb olub. Milli Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin (BNPB) məlumatına görə, həyatla bir araya sığmayan xəsarətlər nəticəsində 631 nəfər ölüb, daha 472 nəfərin axtarışları isə davam etdirilir.

Rəsmi qurum bildirir ki, təbii fəlakət zamanı 2 600-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Daşqınlar 3 500-dən çox binaya ciddi ziyan vurub və nəticədə təxminən 1 milyon sakin təhlükəsizlik məqsədilə evlərini tərk etməyə məcbur olub. Zərərçəkmişlər üçün müvəqqəti sığınacaqlar yaradılıb, lakin bölgələr arasında logistika və təchizat problemləri davam edir.

Fəlakət ən çox Şimali Sumatra, Açe və Qərbi Sumatra əyalətlərini əhatə edib. Son bir həftədir Cənub-Şərqi Asiyada müşahidə olunan tropik leysanlar və güclü küləklər regionda fövqəladə vəziyyət yaradıb. Yerli hakimiyyət orqanları çaylarda suyun səviyyəsinin hələ də təhlükəli həddə olduğunu və yeni sürüşmə riskinin qaldığını bildirir.

Bundan əvvəl, noyabrın 28-də “Daily Mirror” yazmışdı ki, Şri-Lankada qeydə alınan “Ditva” tropik siklonu azı 56 nəfərin həyatına son qoyub, 20-dən çox insan isə itkin düşüb. Asiyanın geniş hissəsini əhatə edən ekstremal hava şəraitinin yaxın günlərdə də davam edəcəyi ehtimal olunur.

Poliqon.info

Chosen
66
23
poliqon.info

10Sources