EN

Musson yağışları Cənubi və Cənub-Şərqi Asiya ölkələrini viran qoydu: ölənlərin və itkin düşənlərin sayı artmaqdadır

AFP-nin Fəlakətlərin İdarə Edilməsi Mərkəzinə istinadən verdiyi məlumata görə, Şri-Lankada daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 410 nəfərə çatıb. Daha 336 nəfər hələ də itkindir.

Cənubi və Cənub-Şərqi Asiya ölkələri güclü “Ditva” və “Senjar” siklonları tərəfindən viran edilib. “Ditva” 28 noyabrda Şri-Lanka sahillərinə çatıb. BMT-nin ilkin hesablamalarına görə, adada 15 mindən çox ev dağılıb. 10-dan çox körpü və 200 yol zədələnib. Şri-Lanka prezidenti Anura Kumara Dissanayake daşqını “ölkə tarixinin ən pis təbii fəlakəti” adlandırıb.

1 dekabrda Rusiya prezidenti Vladimir Putin Şri-Lankalı həmkarına başsağlığı verib.

Associated Press (AP) agentliyinin məlumatına görə, siklon artıq adadan keçib, lakin sinoptiklər yağışların yenidən yağacağını proqnozlaşdırırlar. Musson yağışları İndoneziya, Tayland və Malayziyaya da təsir edib. AP-nin məlumatına görə, 2 dekabr tarixinə olan məlumata görə, Taylandda ən azı 181, İndoneziyada 659 nəfər ölüb, daha 475 nəfər isə itkin düşmüş sayılır.

//Samir Qurbanov, Editor.az

Chosen
58
23
editor.az

10Sources