EN

"Zirə" "Neftçi"ni mübarizədən kənarlaşdırıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komanda bəlli olub.

90deqiqe.Az xəbər verir ki, 1/8 final mərhələsində “Neftçi”ni qəbul edən “Zirə” 1:0 hesabı ilə qalib gələrək adını növbəti raundda yazdırıb. Qalibiyyət qolunu 116-cı dəqiqədə Junior Martins vurub.

Qəsəbə təmsilçisi 1/4 finalda “Difai” – “Sumqayıt” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” Azərbaycan Kubokunun 1/4 finalına yüksələn ilk komanda olmuşdu. 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.

Chosen
12
6
90deqiqe.az

7Sources