EN

Bərdədə qızını xilas etmək istəyən ata kanalda boğularaq ölüb

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bərdə rayonunda özünü kanala atan psixi problemli qızını xilas etmək istəyən şəxs boğularaq ölüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində baş verib.

Bildirilib ki, uzun illərdir psixi problemləri olan kənd sakini, 1981-ci il təvəllüdlü Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən kanala atıb. Bunu görən atası, 1957-ci il təvəllüdlü Kərimov Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da, özü suda boğularaq ölüb. S.Kərimova isə kənd sakinləri və polis əməkdaşları tərəfindən xilas edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Y.Kərimov uzun müddət Nazırlı kənd orta məktəbində ibtidai sinif müəllimi kimi işləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
11
baku.ws

10Sources