ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Araz-Naxçıvan"ın "Benfika" (Portuqaliya) ilə cavab matçına təyinatlar açıqlanıb.
Apasport.az xəbər verir ki, matçı serbiyalı hakimlər Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcək.
Görüşün timekeeperi Srcan Mihayloviç (Serbiya), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Tai Regel Pundik (Danimarka) olacaq.
Görüş dekabrın 5-də Lissabondakı "Pavilhao Fidelidade"də, saat 21:30-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.
"Neftçi" "33"-də dayandı: Əbədi seriyaya son
Millinin baş məşqçisi: "Qadın futbolu üçün bayram idi"
Günün oyunları bu kanallarda
Ruan Renato üçün əlamətdar oyun
Rəşad Sadıqov: “Ailə olaraq qələbə qazandıq”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.