AZ

UEFA Çempionlar Liqası: “Araz Naxçıvan” Portuqaliya klubu ilə cavab oyununa çıxacaq

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Benfika”(Portuqaliya) ilə cavab oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı “Pavilyao Fidelidade”də, saat 21:30-da start götürəcək.

Görüşü serbiyalı hakimlər - Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcəklər.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
5
icma.az

10Mənbələr