AZ

“Araz-Naxçıvan”ın "Benfika" ilə cavab matçına təyinatlar

Futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində “Araz-Naxçıvan”ın “Benfika” (Portuqaliya) ilə cavab matçına təyinatlar açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, matçı serbiyalı hakimlər Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcək. Görüşün timekeeperi Srcan Mihayloviç (Serbiya), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Tai Regel Pundik (Danimarka) olacaq.

Görüş dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade”də, saat 21.30-da start götürəcək.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.

Seçilən
32
6
football-plus.az

10Mənbələr