EN

Emeri yeni rekordçu oldu

style='margin-bottom:10px;'>

Unay Emeri "Aston Villa"da Premyer Liqada qazandığı qələbələrin sayına görə rekordçu olub.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssisin rekordu Premyer Liqanın 14-cü turunda səfərdə "Brayton"u 4:3 hesabı ilə məğlub etdikləri oyunda qeydə alınıb.

O, Birmingem təmsilçisində 62-ci qələbəsini qazanıb. Emeri bu göstəricidə Con Qreqori və Martin Oneyli (hər ikisi 61 qələbə) üstələyib.

Qeyd edək ki, "Aston Villa" İngiltərə Premyer Liqasında 14 turdan sonra 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Chosen
76
4
teleqraf.com

7Sources