Türkiyənin Osmaniyə vilayətinin Bahçe rayonunda sərnişin avtobusu ilə yük avtomobili (TİR) toqquşub.
“Yeni Sabah” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.
Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar təcili olaraq yerli xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız