RU

Avtobus TİR-la toqquşdu: 6 nəfər öldü, yaralılar var

Türkiyənin Osmaniyə vilayətinin Bahçe rayonunda sərnişin avtobusu ilə yük avtomobili (TİR) toqquşub.

“Yeni Sabah” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar təcili olaraq yerli xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
44
8
yenisabah.az

10Источники