Qəzza ilə bağlı danışıqlar həlledici mərhələdən keçir.
Modern.az xəbər verir ki, bunu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani Doha Forumunda çıxışında bildirib.
O bildirib ki, vasitəçilər atəşkəs razılaşmasının növbəti mərhələsinin həyata keçməsi üçün birlikdə işləyirlər.
Baş nazir onu da qeyd edib ki, İsrail qoşunları tam geri çəkilməyincə Qəzzadakı atəşkəs “yarımçıq” olacaq.