Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi əməliyyat mərkəzi Rusiyanın “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski neft hasilatı platformasına PUA-larla zərbələr endirib, hücumdan sonra onlarla quyuda neft hasilatı dayandırılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə UNIAN Ukrayna xüsusi xidmət orqanlarına istinadla məlumat verib.
Bildirilir ki, bu, Ukraynanın Xəzər dənizində neft hasilatı ilə bağlı Rusiyanın infrastrukturuna ilk hücumudur:
“Dəniz platformasına ən azı dörd zərbə qeydə alınıb. Hücum nəticəsində onun xidmət göstərdiyi 20-dən çox quyudan neft-qaz hasilatı dayanıb”.
Məlumata görə, Filanovski yatağı Rusiya və Xəzər dənizinin Rusiya sektorunda kəşf edilən ən iri yataqlardan biridir. Onun ehtiyatlarına 129 milyon ton neft, 30 milyard kubmetr qaz daxildir.