EN

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

Lökbatandan Binə Ticarət Mərkəzinə doğru hərəkət edən yolun üzərində yerləşən nəqliyyat işıqforunda ciddi nasazlıq yaranıb.

Bu barədə sakinlər Far.Az-in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilib ki işıqforun qırmızı, sarı və yaşıl işıqları eyni anda yanır.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Far.Az-ə bildirildi ki, məsələ nəzarətə götürülüb, araşdırılır. Qısa zamanda məlumat veriləcək.

Chosen
73
1
far.az

3Sources