EN

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadənin müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Bu barədə Milli.Az-a məlumatı Mərkəzi Klinik Xəstəxana verib.

Qeyd edilib ki, xronik böyrək çatışmazlığının kəskinləşməsi səbəbindən hemodializ prosedurunun növbəti dəfə həyata keçirilməsi istisna olunmur.

"Onun vəziyyəti ağır, lakin stabil kimi qiymətləndirilir", - deyə xəstəxana əlavə edib.

Mina Mikayılova
Milli.Az

Chosen
8
1
milli.az

1Sources