EN

Azərbaycanda günəş və külək enerjisi istehsalı artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 100 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyon kVt-saat və ya 2 dəfə çoxdur.

Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 572,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk 11 ayındakı göstərici ilə müqayisədə 52,3 milyon kVt-saat və yaxud 10,1% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-noyabr aylarında 3,096 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkil edib.

Chosen
27
12
turkic.world

10Sources