Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda külək elektrikstansiyalarında (KES) 100 milyon kVt-saat elektrik enerjisiistehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyonkVt-saat və ya 2 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrikstansiyalarında 572,5 milyon kVt-saat elektrik enerjisi istehsaledilib ki, bu da ötən ili ilk 11 ayındakı göstərici ilə müqayisədə52,3 milyon kVt-saat və yaxud 10,1% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilinyanvar-noyabr aylarında 3,096 milyard manat dəyərində məhsulistehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorundaistehsal edilmiş məhsulların həcmi 597,5 milyon manat təşkiledib.