EN

45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılan qadın danışdı -VİDEO

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan və 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılan qadın danışıb.

XəzərNews.az xəbər verir ki, 6 uşaq anası Sevinc Əliyeva bildirib ki, bir müddət əvvəl öd kisəsindəki daşa görə əməliyyat olunub:

“Beş gün xəstəxanada yatdım. Səhəri günü çıxacaqdım. Birdən-birə o vəziyyətə düşmüşəm. Həkimlər deyir ki, 45 və 15 dəqiqə 2 dəfə ürəkdayanma olub. 3-4 gündən sonra da özümə gəlmişəm”.

Qeyd edək ki, 45 dəqiqə dayanmadan xəstənin həyatını xilas etmək üçün mübarizə aparan həkim xəstəxananın anestezioloq-reanimatoloqu Jalə Müslümovadır.

Ətraflı APA TV-nin süjetində:



Xəbər 4 dəfə oxunub.
Chosen
19
12
xezernews.az

10Sources