Ötən gecə Rusiya hava hücumundan müdafiə vasitələri Ukraynaya məxsus 94 pilotsuz uçuş aparatını zərərsizləşdirə bilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, PUA-lardan 31-i Krasnodar diyarı, 22-si Rostov vilayəti, 10-u Voronej vilayəti, 8-i Saratov vilayəti, 8-i Azov dənizinin akvatoriyası, 8-i Qara dənizin akvatoriyası, 4-ü Volqoqrad vilayəti, 3-ü isə Bryansk vilayəti üzərində vurulub.