Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə vasitələri ölkənin regionları, eləcə də Azov və Qara dəniz akvatoriyası üzərində Ukraynaya məxsus 94 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, məhv edilən PUA-lardan 31-i Krasnodar diyarı, 22-si Rostov vilayəti, 10-u Voronej vilayəti, 8-i Saratov vilayəti, 8-i Azov dənizi akvatoriyası, 8-i Qara dəniz akvatoriyası, 4-ü Volqoqrad vilayəti, 3-ü isə Bryansk vilayəti üzərində vurulub.