AZ

Ötən gecə Rusiya səmasında 94 PUA vuruldu – VİDEO

Ötən gecə ərzində Rusiya hava hücumundan müdafiə vasitələri ölkə regionları, eləcə də Azov və Qara dənizlərin akvatoriyaları üzərində 94 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ələ keçirilərək məhv edilən PUA-lardan 31-i Krasnodar diyarı, 22-si Rostov vilayəti, 10-u Voronej vilayəti, 8-i Saratov vilayəti, 8-i Azov dənizinin akvatoriyası, 8-i Qara dənizin akvatoriyası, 4-ü Volqoqrad vilayəti, 3-ü isə Bryansk vilayəti üzərində vurulub.



Bizim.Media

Seçilən
20
10
bizim.media

10Mənbələr