EN

FIFA 2025-ci ilin “The Best” qaliblərini açıqladı – ARENA.AZ

FIFA “The Best” təqdimatı üzrə müvafiq seçimlər əsasında qaliblərin adlarını açıqlayıb, 2025-ci ilin rəmzi komandasını müəyyənləşdirib.

Arena.az məlumat verir ki, baş mükafatı – cari ilin ən yaxşı oyunçusu mükafatını PSJ-nin fransalı hücumçusu Usman Dembele qazanıb.

O, 50 səslə qalib olub. İspaniya yığmasının və “Barselona”nın gənc futbolçusu Lamin Yamal 39 səslə ikinci, Madrid “Real”ının fransalı hücumçusu Kilian Mbappe isə 35 səslə üçüncü olub.

PSJ-nin sabiq qapıçısı, hazırda “Mançester Siti”də çıxış edən italiyalı Canluici Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı elan edilib. “Real”ın belçikalı qolkiperi Tibo Kurtua ikinci, “Liverpul”un braziliyalı futbolçusu Alisson Bekker üçüncü yerə layiq görülüb.

PSJ-yə rəhbərlik edən ispaniyalı futbol mütəxəssisi Luis Enrike ilin ən yaxşı məşqçisi seçilib. Hansi Flik (“Barselona”) ikinci, Arne Slot (“Liverpul”) üçüncü yerə layiq görülüb.

2025-ci ilin ən yaxşı qolu

Argentinanın “İndependyente” klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-ci il üçün “Ferents Puşkaş” mükafatına layiq görülüb. O, Argentina çempionatının 16-cı turunda “İndependyente Rivadavia” ilə matçda vurduğu qola görə təltif edilib.

2025-ci ilin rəmzi komandası

Qapıçı: Canluici Donnarumma (PSJ);

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Villian Paço (PSJ), Vircil van Deyk (“Liverpul”), Nuno Mendes (PSJ);

Yarımmüdafiəçilər: Col Palmer (“Çelsi”), Vitinya (PSJ), Pedri (“Barselona”), Cud Bellingem (“Real”);

Hücumçular: Lamin Yamal (“Barselona”), Usman Dembele (PSJ).

İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati isə FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qadın oyunçusu seçilib. O, ardıcıl üçüncü dəfə bu mükafatı qazanıb. Bonmati ötən mövsüm “Barselona” ilə İspaniya La Liqasını, ölkə kubokunu və super kuboku qazanıb.

Chosen
19
9
arena.az

10Sources