Fransanın PSJ və Braziliyanın "Flamenqo" klubları arasında FİFA Qitələrarası Kubokunun matçı keçirilib.
QOL.az xəbər verir ki, görüş Qətərdə oynanılıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında isə Paris təmsilçisi daha dəqiq davranaraq kuboka sahib çıxıb.
Qeyd edək ki, PSJ tarixində ilk dəfə bu titulu qazanıb.
PSJ - "Flamenqo" - 1:1, penaltilər seriyası - 2:1
Qollar: Xaratsxeliya, 38 - Jorjiny, 62