EN

Bu şəxslər amnistiya ilə cəzadan azad ediləcək

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunanlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub.

Publika.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərarında əksini tapıb.

Qərara əsasən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:

- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);

Chosen
19
27
publika.az

10Sources