EN

“Putin daha çox şey istəyir”

ABŞ kəşfiyyatının hesabatları Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın Avropa üçün təhlükə yaratmadığı barədə bəyanatları ilə ziddiyyət təşkil edir.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadla məlumat yayıb.

Materialda qeyd olunub ki, bu qiymətləndirməni Böyük Britaniyanın və digər Avropa ölkələrinin təhlükəsizlik xidmətləri də bölüşür.

Altı mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatı Xüsusi Hərbi Əməliyyatın başlanmasından etibarən Rusiya Prezidenti Vladimir Putinin bütün Ukraynanı ələ keçirmək və vaxtilə SSRİ-nin tərkibində olmuş Avropanın bəzi hissələrini geri qaytarmaq niyyətində olduğu barədə xəbərdarlıq edir. ABŞ mütəxəssislərinin son hesabatı sentyabr ayında hazırlanıb.

“Nəşr edilən kəşfiyyat məlumatları həmişə Putinin daha çox şey istədiyini göstərib”, - deyə ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsinin demokrat üzvü Maykl Kuiqli bildirib.

Chosen
43
50
publika.az

10Sources