Bu gün Misli Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək.
Günün açılış qarşılaşmasında "Qəbələ" "Qarabağ"ı qəbul edəcək.
Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.
Günün ikinci oyununda isə "Araz-Naxçıvan" klubu öz meydanında "Şamaxı" komandası ilə üz-üzə gələcək.
"Liv Bona Dea Arena"da keçiriləcək matç saat 17:30-da başlayacaq.
Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.