
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, onlar Suriya Prezidenti Əhməd əş-Şaraa və suriyalı rəsmilərlə görüşəcəklər.
Səfər çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə Türkiyə-Suriya əlaqələrinin son birillik gedişatı qiymətləndiriləcək, həmçinin, Türkiyənin milli təhlükəsizlik prioritetlərini yaxından maraqlandıran 10 Mart Sazişinin tətbiqi prosesinin gedişatı müzakirə ediləcək.
Həmçinin, Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin müzakirəsi gözlənilir.