EN

Benzema Pikassonun məşhur tablosunu satın aldı

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema məşhur ispan rəssamı Pablo Pikassonun “Saqqallı kişinin portreti” adlı əsərini alıb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu bununla bağlı sosial şəbəkə hesablarında tablonun fotosunu paylaşıb.

“RMC Sport”un yaydığı məlumata görə, sözügedən əsər 2025-ci ilin əvvəlində Nyu-Yorkda sərgilənib.

Alışın məbləği açıqlanmasa da, Pikassonun tablolarının hərraclarda adətən 1 milyon avrodan yüksək qiymətə satıldığı bildirilir.

Chosen
98
8
90deqiqe.az

9Sources