EN

Yağlı pendir alzheimer xəstəliyi riskini azaldaBİLƏR

Yeni İsveç tədqiqatı göstərir ki, orta miqdarda yüksək yağ tərkibli süd məhsulları, xüsusilə pendir və qaymaq, alzheimer xəstəliyi riskinin azalması ilə əlaqələndirilə bilər.

Redaktor.az xəbər verir ki, araşdırma "Neurology" jurnalında dərc olunub.

Tədqiqatda 27 670 nəfər alzheimer xəstəliyinə yoluxmamış insan izlənilib və onların pəhriz vərdişləri analiz edilib. Nəticələr göstərib ki, gündə 50 qram və daha çox yüksək yağlı pendir istehlak edən şəxslərdə demensiya riski 13% azalır, vascular demensiya riski isə təxminən 29% aşağıdır. Eyni zamanda gündə 20 qram yüksək yağlı qaymaq istifadə edənlərdə də risk təxminən 16% azalma ilə müşahidə olunub. 

Araşdırmada aşağı yağlı süd məhsulları, süd, kərə yağı və qatıq kimi fermentləşdirilmiş məhsullar ilə demensiya riski arasında əhəmiyyətli əlaqə tapılmayıb. Bu nəticələr sübut edir ki, yalnız məhsulun tam yağlı olması riskə təsir göstərə bilər. 

Mütəxəssislər qeyd edirlər ki, bu tapıntılar müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini təsdiqləmir lakin doğru qidalanma və beyin sağlamlığının qorunmasında bəzi yüksək yağlı süd məhsullarının yeri ola bilər.

Xədicə BAXIŞLI

Chosen
66
6
redaktor.az

7Sources