AZ

Yağlı pendir yemək demensiya riskini AZALDIR

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Yağlı pendir növləri və qaymağın müntəzəm qəbulu demensiyanın inkişaf riskinin azalması ilə əlaqələndirilir. Bu nəticə İsveçin Lund Universitetinin alimlərinin Çinli həmkarları ilə birgə apardıqları uzunmüddətli tədqiqat zamanı əldə olunub.

Redaktor.az xəbər verir ki, Aaraşdırmanın nəticələri "Neurology" jurnalında dərc edilib.

Tədqiqatçılar İsveçdə yaşayan təxminən 28 min nəfərin sağlamlıq göstəricilərini orta hesabla 25 il ərzində izləyiblər. Bu müddət ərzində iştirakçıların 3 mindən çoxunda demensiya diaqnozu qoyulub. Analiz göstərib ki, gündəlik 50 qram və daha çox yağlı pendir, məsələn, çedder, bri və ya qauda qəbul edən şəxslərdə demensiyanın ümumi riski 13 faiz az olub. Damar mənşəli demensiya üzrə isə riskin azalması 29 faizə çatıb.

Oxşar, lakin daha zəif əlaqə yağlı qaymağı müntəzəm qəbul edən iştirakçılarda da müşahidə edilib. Bununla yanaşı, süd, yoqurt, kefir, kərə yağı, eləcə də pendir və qaymağın azyağlı növləri demensiya riski ilə statistik baxımdan əhəmiyyətli əlaqə göstərməyib.

Araşdırma müəllifləri vurğulayırlar ki, söhbət sübut olunmuş qoruyucu təsirdən deyil, davamlı statistik əlaqədən gedir. Alınan nəticələr yağlı süd məhsullarının qəbulunun artırılmasına çağırış kimi qiymətləndirilməməlidir, lakin bu məhsulların zərərli olması ilə bağlı ümumi yanaşmanı şübhə altına alır.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
63
6
redaktor.az

7Mənbələr