EN

Sumqayıtda bir neçə gün öncə ölən kişinin meyiti aşkarlanıb

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sumqayıt şəhərində 66 yaşlı kişinin meyiti aşkarlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, qonşular tərəfindən hüquq-mühafizə orqanlarına müraciətdən sonra 1959-cu il təvəllüdlü Cabir Abdullayevin meyiti yaşadığı fərdi evdə aşkarlanıb.

İlkin məlumata görə, kişi bir neçə gün əvvəl ölüb. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
3
baku.ws

4Sources