EN

Ankarada qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada qəzaya uğrayan, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu “Falcon 50” tipli təyyarə ilə bağlı araşdırma aparılması üçün Liviyadan 22 nəfərlik heyətin Ankaraya yola düşdüyünü bildirib.

Xezerxeber.az-ın türkiyə mediasına istinadən məlumatına görə, nazir qara qutunun gecə saatlarında tapıldığını qeyd edib. 

“Qəza sahəsində saat 02:45-də təyyarəyə məxsus səs qeyd cihazı, saat 03:20-də isə qara qutu aşkar edilib. 22 nəfərlik Liviya heyəti Ankaraya yola düşüb”, - Ali Yerlikaya bildirib.

Qeyd edək ki, Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub. Faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib. Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.

Chosen
30
7
xezerxeber.az

10Sources