EN

Növbəti köç karvanları Xocavəndin Sos, Cəbrayılın Horovlu kəndlərinə çatıb- FOTO - YENİLƏNİB

Növbəti köç karvanları Xocavənd rayonunun Sos, Cəbrayıl rayonunun Horovlu kəndlərinə çatıb.

APA xəbər verir ki, bu gün Sos kəndinə 24 ailə - 99 nəfər, Horovlu kəndinə isə 19 ailə (70 nəfər) köçürülüb.

***

06.31

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

APA xəbər verir ki, bu gün Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə - 70 nəfər köçürülüb, cəmi - 43 ailə (169 nəfər), onlardan:

Xocavənd rayonunun Sos kəndinə, cəmi - 24 ailə (99 nəfər), o cümlədən:

Beyləqan rayonundan - 9 ailə (37 nəfər);

Füzuli rayonundan - 5 ailə (21 nəfər);

Bakı şəhərindən - 5 ailə (21 nəfər);

Abşeron rayonundan - 1 ailə (5 nəfər);

İmişli rayonundan - 1 ailə (4 nəfər);

Quba rayonundan - 1 ailə (4 nəfər);

Biləsuvar rayonundan 1 ailə (4 nəfər);

Sumqayıt şəhərindən - 1 ailə (3 nəfər).

cəmi köçürülmüşdür - 85 ailə (360 nəfər),

Cəbrayıl rayonunun Horovlu kəndinə, cəmi 19 ailə (70 nəfər), o cümlədən:

Bakı şəhərindən - 9 ailə (37 nəfər);

Biləsuvar rayonundan - 5 ailə (18 nəfər);

Abşeron rayonundan - 2 ailə (9 nəfər);

Sumqayıt şəhərindən - 2 ailə (4 nəfər);

Şirvan şəhərindən - 1 ailə (2 nəfər).

cəmi köçürülmüşdür - 191 ailə (762 nəfər),

beləliklə, 24.12.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 31 yaşayış məntəqəsində 6 206 ailə (24 729 nəfər) məskunlaşmış olacaqdır.

Növbəti Növbəti
Chosen
11
10
apa.az

10Sources