AZ

Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb - Yenilənib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir...

Bu gün Xocavənd rayonunun Sos kəndinə köçürülən ailələrə evlərin açarları təqdim olunub.

APA xəbər verir ki, ANAMA-nın əməkdaşları sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat veriblər. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarda müvafiq qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

***

Növbəti köç karvanları Xocavənd rayonunun Sos, Cəbrayıl rayonunun Horovlu kəndlərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Sos kəndinə 24 ailə - 99 nəfər, Horovlu kəndinə isə 19 ailə (70 nəfər) köçürülüb.

Horovlu kəndinə köçürülən 19 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, QubadlıZəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

APA xəbər verir ki, bu gün Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə - 70 nəfər köçürülüb, cəmi - 43 ailə (169 nəfər), onlardan:

Xocavənd rayonunun Şoş kəndinə, cəmi - 24 ailə (99 nəfər), o cümlədən:

Beyləqan rayonundan - 9 ailə (37 nəfər);

Füzuli rayonundan - 5 ailə (21 nəfər);

Bakı şəhərindən - 5 ailə (21 nəfər);

Abşeron rayonundan - 1 ailə (5 nəfər);

İmişli rayonundan - 1 ailə (4 nəfər);

Quba rayonundan - 1 ailə (4 nəfər);

Biləsuvar rayonundan 1 ailə (4 nəfər);

Sumqayıt şəhərindən - 1 ailə (3 nəfər).

cəmi köçürülmüşdür - 85 ailə (360 nəfər),

Cəbrayıl rayonunun Horovlu kəndinə, cəmi 19 ailə (70 nəfər), o cümlədən:

Bakı şəhərindən - 9 ailə (37 nəfər);

Biləsuvar rayonundan - 5 ailə (18 nəfər);

Abşeron rayonundan - 2 ailə (9 nəfər);

Sumqayıt şəhərindən - 2 ailə (4 nəfər);

Şirvan şəhərindən - 1 ailə (2 nəfər).

cəmi köçürülmüşdür - 191 ailə (762 nəfər),

beləliklə, 24.12.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 31 yaşayış məntəqəsində 6 206 ailə (24 729 nəfər) məskunlaşmış olacaqdır.

Poliqon.info

Seçilən
10
10
poliqon.info

10Mənbələr