Bu gün Xocavənd rayonunun Sos kəndinə köçürülən ailələrə evlərin açarları təqdim olunub.
Aznews.az xəbər verir ki, ANAMA-nın əməkdaşları sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat veriblər. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarda müvafiq qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.