Bakı. Trend:
Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manatpul oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən xəbərəgörə, polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgədostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabınaköçürdüyünü bildirib.
Səbail RPİ 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayevsaxlanılıb.
Faktla bağlı araşdırma aparılır.