EN

"Qara qutu" DEŞİFRƏ EDİLDİ

Qazaxıstan Nəqliyyat Nazirliyi bir il əvvəl Aktau hava limanı yaxınlığında baş verən AZAL təyyarəsinin qəzası ilə bağlı istintaqın gedişatı ilə bağlı ara hesabat dərc edib.

Publika.az xəbər verir ki, hesabatda bildirilir ki, hazırda istintaq komissiyası texniki xidmətin mərkəzi kompüterinə aid kasetin tədqiqat işlərinin tamamlanmasını, eləcə də münaqişə zonaları üzərindən və ya onlara yaxın uçuşlar zamanı risklərin təhlilini aparmalı olan işçi qrupunun hesabatının hazırlanmasını gözləyir.

Qeyd olunub ki, nəticələr obyektiv və faktlara əsaslanan olacaq, yekun hesabat isə Qazaxıstan Nəqliyyat Nazirliyinin saytında dərc ediləcək.

Chosen
29
9
publika.az

10Sources