Ajans.az-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Hərəktədə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.