EN

Sosial şəbəkələr üzərindən gizli kameralar satılırVİDEO

Son zamanlar sosial şəbəkələrdə, elan saytlarında qələm, hətta düymə formasında olan gizli kameraların satışları aparılır. Bu tip kiçikölçülü cihazları nəqliyyat vasitəsinə, evə, hətta çantaya belə bərkitmək mümkündür.

Xezerxeber.az-ın məlumatına görə, elanlara yazılan şərhlərdən aydın olur ki, bu kimi kameralara maraq böyükdür. Hətta aldığı kameraların sosial şəbəkələrdə videolarını paylaşanlar da kifayət qədərdir.

Həmçinin iddia edilir ki, bu cür cihazlar o qədər kiçik olur ki, gizli kameraları aşkarlamaq üçün istifadə edilən qurğular belə tapa bilmir. Bəs bu kameraların satışı və alışı qanunidirmi?

Vəkil Emil Aslanov "Xəzər Xəbər"ə bildirib ki, gizli kameralar mülki dövriyyəsi qadağan olunan əşyalar siyahısına aiddir.

Onun sözlərinə görə, bu tip kameraların tətbiqi ilə insanların həyatına müdaxilə qanunla qadağandır.

Vəkil qeyd edib ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrdən yalnız müəyyən dövlət orqanları istifadə edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
79
38
xezerxeber.az

10Sources