EN

Rusiya Avstriyaya qarşı ciddi iddialar irəli sürdü

“Rusiyanın Avstriyaya qarşı ciddi şikayətləri var, çünki bu məhdudiyyətlər Rusiya nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına mane olur”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Vyanadakı səfiri Andrey Qrozov “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, bu, ATƏT də daxil olmaqla, beynəlxalq təşkilatların Vyanada yerləşdirilməsi ilə bağlı beynəlxalq hüquqi sənədlərdən irəli gələn öhdəliklərin pozulmasıdır .

Diplomat bildirib ki, "Biz dəfələrlə viza "rıçağından" Rusiya diplomatlarının, ictimai xadimlərinin və ekspertlərinin Avstriyada keçirilən tədbirlərdə iştirakına maneə kimi istifadə etməyin zərərli olduğunu bildirmişik".

Chosen
93
50
publika.az

10Sources