EN

"Barselona"nın cırılmış forması rekord qiymətə satıldı

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın cırılmış forması "Matchday Football Auctions" hərracında satılıb.

Publika.az xəbər verir ki, bu barədə sözügedən ticarət evi sosial şəbəkələrdə məlumat yayıb.

Maradonaya məxsus "Barselona" forması hərracda 145 min dollara satılıb. Lakin 23 faiz komissiya nəzərə alındıqdan sonra onun faktiki qiyməti 179 min dollar təşkil edib. Bu, indiyədək hərracda satılan Maradonanın klub formaları arasında ən bahalısı olub.

Sözügedən forma 1984-cü ildə İspaniya Kubokunun final matçı zamanı cırılıb. Həmin oyunda “Barselona” “Atletik”ə 0:1 hesabı ilə uduzub, qarşılaşma kütləvi dava-dalaşla yadda qalıb.

Heybət

Chosen
53
publika.az

1Sources