EN

Levon Ter-Petrosyanın partiyası Ermənistanda seçkilərdə iştirak edəcək » AzadMedia.az

Levon


Ermənistan Milli Konqresi Partiyası 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə partiyanın idarə heyətinin sədr müavini Aram Manukyan bildirib.

"Baş nazir postuna namizədimiz partiyanın idarə heyətinin sədr müavini Levon Zurabyan olacaq", - o qeyd edib.

Xatırladaq ki, "Ermənistan Milli Konqresi"nin sədri Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyandır.

Chosen
46
1
azadmedia.az

8Sources