AZ

Ermənistanın ilk prezidentinin partiyası parlament seçkilərinə qatılır

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” qarşıdan gələn parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Partiya artıq baş nazir postuna namizədini də müəyyənləşdirib. Bu vəzifəyə partiya sədrinin müavini Levon Zurabyan namizəd göstərilib.

2026-cı ilin iyun ayına təyin edilən parlament seçkiləri partiya tərəfindən ölkə üçün taleyüklü hesab olunur. “Erməni Milli Konqresi”nin nümayəndəsi Aram Manukyan bildirib ki, hazırkı vəziyyətdə Ermənistan ciddi təhlükə ilə üz-üzədir.

Onun sözlərinə görə, ölkə suverenliyini itirmək riski ilə qarşı-qarşıyadır və məhz buna görə qarşıdan gələn seçkilər Ermənistanın gələcəyi baxımından həlledici əhəmiyyət daşıyır.

Seçilən
45
4
nocomment.az

8Mənbələr