AZ

Levon Ter Petrosyanın partiyası Ermənistanda seçkilərdə iştirak edəcək

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ermənistan Milli Konqresi Partiyası 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə partiyanın idarə heyətinin sədr müavini Aram Manukyan bildirib.

"Baş nazir postuna namizədimiz partiyanın idarə heyətinin sədr müavini Levon Zurabyan olacaq", - o qeyd edib.

Xatırladaq ki, "Ermənistan Milli Konqresi"nin sədri Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyandır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
3
azpolitika.info

8Mənbələr