EN

Tobi Kollyer “Mançester Yunayted”in düşərgəsinə qayıtdı – ARENA.AZ

“Mançester Yunayted”in “Vest Bromviç”də icarədə olan dayaq yarımmüdafiəçisi Tobi Kollyer “qırmızı şeytanlar”ın düşərgəsinə qayıdıb.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

21 yaşlı yarımmüdafiəçi baldır zədəsindən sonra reabilitasiya kursu keçmək üçün Mançester klubunun bazasına qayıdıb. Onun təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Kollyerin “Vest Bromviç”lə icarə müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulsa da, Mançester təmsilçisi onu komandada saxlamaq qərarına gəlib. Futbolçunun zədəsini sağaltdıqdan sonra Kobbi Meynu ilə rəqabət apara biləcəyi vurğulanır.

Tobi Kollyer “Brayton”un yetirməsi olsa da, 2022-ci ildən “Mançester Yunayted”in sistemindədir. O, “qırmızı şeytanlar”ın əsas komandasının heyətində 13 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Kollyer cari mövsümün əvvəlindən formasını geyindiyi “Vest Bromviç”in heyətində Çempionşipdə 12 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

21 yaşlı ingilis futbolçu İngiltərənin U-16 və U-20 yığmalarında da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
30
5
arena.az

10Sources