AZ

“Roma”da Lorenso Pelleqrini şoku – ARENA.AZ

Futbol üzrə İtaliya milli komandasının və “Roma”nın hücumameyilli yarımmüdafiəçisi Lorenso Pelleqrini uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə İtaliya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, italiyalı futbolçu məşq zamanı zədələnib. İlkin olaraq yüngül dartılma kimi görünən zədə futbolçunun meydanlardan uzun müddət kənarda qalmasına səbəb ola bilər. Onun yalnız bir aydan sonra sıraya dönəcəyi ehtimal olunur.

Yarımmüdafiəçi qarşıdan gələn “Cenoa” ilə, həmçinin yeni ilin ilk həftəsində “Atalanta” və “Leççe”yə qarşı keçirəcəkləri oyunları buraxacaq. Bu oyunların hamısı A Seriyası çərçivəsində baş tutacaq.

“Roma”nın öz yetirməsi olan Lorenso Pelleqrini 2015-ci ilin martında “canavarlar”ın əsas komandasında debüt edib. 29 yaşlı futbolçunun paytaxt klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Pelleqrini cari mövsümdə 17 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, “sarı-qırmızılı” formada indiyə qədər 333 matça çıxıb, 58 qol vurub, 60 məhsuldar ötürmə verib.

Lorenso iki mövsüm “Sassuolo”da oynadıqdan sonra 2017-ci ildə yenidən doğma klubuna qayıdıb.

İtaliyanın U-19, U-20 və U-21 yığmalarında da oynamış Pelleqrini 2017-ci ildə əsas millidə debüt edib. O, İtaliya milli komandasının heyətində keçirdiyi 36 oyunda 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımüdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
40
6
arena.az

10Mənbələr