Ağ Ev ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəyini rəsmən təsdiqləyib.
Far.Az xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ Prezidentinin cədvəlindən aydın olur ki, görüş dekabrın 28-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 00:00) Floridada keçiriləcək.
Xatırladaq ki, daha əvvəl liderlərin görüşünün Trampın Floridada yerləşən Mar-a-Laqo iqamətgahında keçiriləcəyi deyilmişdi.